Firad Əliyev vəzifəyə təyin olundu
Hərbi Prokurorluqda yeni kadr təyinatı olub.
XALQ xəbər verir ki, bu barədə hərbi prokuror Bəhruz Əhmədov əmr imzalayıb.
Əmrə əsasən Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev vəzifəsindən ayrılıb. Onun yerinə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Mətbuat katibi vəzifəsindən ayrılan F.Əliyevin hazırda hərbi prokurorun böyük köməkçisi kimi fəaliyyətinə davam etdiyi bildirilib.