media-fish-home

Binəqədi rayonu, Nizami Nərimanov küçəsi 15F ünvanında fəaliyyət göstərən fiziki şəxs Sayılov Məqsud Əzizağa oğluna məxsus “Fish home” restoranında

Bəzən yaxşı bir restorana getmək və gündəlik qayğılardan uzaqlaşmaq necə də gözəldir!FISH HOME restoranı hər bir qonağın özünü evdəki kimi hiss etməsi, yaxınlarının əhatəsində dincəlməsi və təbii ki, inanılmaz dərəcədə dadlı yeməklərindən

AQTA əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. 

media-0144

Qurumdan XALQ.AZ-a verilən məlumata görə, iaşə müəssisəsində mənşə sənədləri olmayan qida məhsulları (yağ, balıq və ət məhsulları) aşkarlanıb. Həmçinin qida məhsullarının hazırlanması zamanı çarpaz çirklənmə riskinin yarandığı, qida məhsullarının döşəmə və divardan ara məsafəsi gözlənilmədən saxlandığı, mətbəx sahəsində yerləşdirilmiş soyuducunun rəflərinin korroziyaya uğradığı, mal qonşuluğu və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi məlum olub.

media-011

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

media-012

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qida obyektində xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbir görülüb.

media-013


media-728x90banner

Bənzər xəbərlər