media-qem

Müğənni Sevda Sanəliyeva üz prosedurları ilə bağlı müraciət etdiyi kosmetoloqun qiymət siyasətindən narazı qaldığını açıqlayıb.

media-sevd

XALQ xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək izləyicilərini diqqətli olmağa çağırıb.

Sevda Sanəliyevanın sözlərinə görə, eyni prosedur üçün fərqli platformalardan yazdıqda ona müxtəlif qiymətlər təklif olunub. Müğənni bunu yoxlamaq məqsədilə həm instaqram, həm də vatsap üzərindən müraciət etdiyini bildirib.

Sənətçi paylaşımında bunları qeyd edib:

“Dodaq proseduru üçün instaqram və vatsapdan yazmışam. Deyirlər ki, Sevda xanım, 300 manatdır, amma sizin üçün 200 manata edərik. İnstaqramdan yazdığımda isə cavab veriblər ki, 200 manata edirik, sizə 180 manat. Diqqətli olun, əziz izləyicilər, bunlara bir neçə nömrədən yazın”.

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi xidmət sahəsində fərqli müştərilərə müxtəlif qiymətlərin təklif edilməsini tənqid edərkən, digərləri bunun kampaniya və ya endirim siyasəti ilə bağlı ola biləcəyini bildirib.

Sevda Sanəliyeva isə paylaşımı ilə vətəndaşları xidmət xidmət almadan əvvəl qiymətləri müxtəlif mənbələrdən dəqiqləşdirməyə və ehtiyatlı olmağa çağırıb.Tribuna.az 

media-899


media-728x90banner

Bənzər xəbərlər