featured-image-6217

 

66

Qəzaya sürət həddini aşmaq səbəb olub.

Ötən gecə Gədəbəy rayonunda ağır yol qəza hadisəsi baş verib. “KamAZ”la “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ağır dərəcəli bədən xəsarətləri alıb.

Xalq.az  Milli.Az-a istinadən xəbər verir ki, Kəpəz TV-nin məlumatına görə, hadisə ötən gün axşam saatlarında Gədəbəy rayonunun mərkəzində qeydə alınıb. 23 yaşlı Gədəbəy sakini Xəyyam Hüseynov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən qarşısında eyni istiqamətə yol alan həmyerlisi, 44 yaşlı Etibar Cəfərova məxsus “KamAZ”la toqquşub.

Kamazın sürücüsü qəzadan xəsarətsiz ötüşüb. Ancaq “VAZ 2107”nin sürücüsü Xəyyam Hüseynov və onun sərnişinləri – İbrahim Abbasov, Elsevər Alıyev və Fərhad İbrahimov ağır dərəcəli bədən xəsarətləri alıblar.

Qəzaya gəlincə, ilkin ehtimala görə, hadisə “VAZ 2107” markalı avtomobilin sürücüsünün ehtiyatsızlığı ucbatından baş verib.

Belə ki, minik avtomobilinin sürücüsü sürət həddini aşmaqla yanaşı, qarşısı ilə hərəkət edən nəqliyyat vasitəsinin dönmə işarəsinə məhəl qoymayıb.


media-728x90banner

Bənzər xəbərlər