media-944

Azərbaycanda məmurun mükafatlandırılması mərasimindən çəkilən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

XALQ xəbərinə görə, görüntülər Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının direktorunun otağında çəkilib.

Kimliyi məlum olmayan (çünki özünü təqdim etmir) bir nəfər mükafatı müəssisənin direktor əvəzi Ruslan Mustafayevə təqdim edərək deyir:

“Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının (?) direktoru Fəridə xanımın, cənab Prezident İlham Əliyevin adından (?), Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan müəllimə Prezident Aparatından (?) göndərilmiş Milli Məclis informasiya portalı direktorunun əvəzi Ruslan müəllimi təbrik edirik. Baxmayaq ki, direktor əvəzidir, rayonumuzda gözəl fəaliyyətinə, analoqu olmayan təmizliklərə görə təbrik edirəm”.

Videodan o da məlum olur ki, direktor əvəzi otaqda tək deyil. O, mükafatlandırma mərasiminə işçilərini də yığıb.

İşçilər Ruslan Mustafayevin mükafat almasını alqışlarla qarşılayıblar.

Məsələ ilə bağlı Ruslan Mustafayevdən açıqlama almaq mümkün olmadı. “Yeni Sabah”

Videoda olan şəxlərin fikirlərinidə dərc etməyə hazırıq.

 


media-728x90banner

Bənzər xəbərlər