media-100

Gədəbəy rayon icra hakimiyyətinin  Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Nicad Əliyev Vətən müharibəsi iştirkaçısını döyüb?

media-100

XALQ-a daxil olanaməlumata görə  Gədəbəy rayon icra hakimiyyətinin rəsmisi Nicad Əliyev İdarə etdiyi  10 SD 884 dövlət nömrə nişanlı “Lexus” avtomobili ilə hadisə yerində qaçdığı deyilir. İddialara görə videogörüntülərdən danışan şəxs onun Vətən müharibəsi iştirakçısını döyüb xəsartə yetridiyi bildirilir.

Məlumatı dəqiqləşdirmək istəsəkdə Gədəbəy rayon icra hakimiyyətindən zənglərimizə cavab verən olmadı.

 

media-orxan

Qeyd edək ki, 2022-ci ildən Gədəbəy rayon icra Hakimiyyəti başçısı Orxan Mürsəlovdur.

Həmçinin məlumat verir ki, son günlər ölkə mətbuatında Gədəbəy rayon icra hakimiyyətinin səlahiyyətli şəxsləri barədə onların biznes idarə etmələri və digər qanunsuz əməlləri ilə silsilə yazılar dərc olunur.

 

Məsələ ilə bağlı araşıdrmamzı davam edir.

Yazıda adları keçənlərin mövqeyini dərc etməyə hazırıq.

****

Məsələ ilə bağlı əməkdaşımız Gədəbəy rayon icra hakimiyyətinin  Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Nicad Əliyevlə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, Gəncədə mənim evim var həmin küçəni təmir etdirmişəm,lakin o qonşular narazılıq yaradıb. Mən heç kəsi döyməmişəm məsələ ilə bağlı  hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır deyə qeyd edib.

*******

Əldə etdiyimiz məlumata görə hadisə

Gədəbəy rayonunun sakini, İkinci Qarabağ müharibəsi iştirakçısı Ələsgərov Sənan Ələsgər oğlu, yaşadığı mənzildə fiziki hücuma məruz qaldığını bildirir. İddialara görə, hücum edən şəxs Gədəbəy rayon icra nümayəndəsi Nicat Əliyev olub. Hadisə zamanı Sənan Ələsgərovun burun sümüyünün sındığı və digər bədən xəsarətləri aldığı bildirilir.

Məlumata görə, Bakunews.az xəbər verir ki, insident Nicad Əliyevin qanunsuz hərəkətlərinə qarşı çıxan Sənanın bu etirazına cavab olaraq baş verib. Hüquq-mühafizə orqanlarına edilən şikayətlərə baxmayaraq, hadisəni törədən şəxs barəsində hələlik hər hansı hüquqi ölçü götürülməyib.

İcra nümayəndəsinin Gəncədə biznes fəaliyyəti iddiaları

Sakinlərin və hadisəyə yaxın mənbələrin verdiyi məlumata görə, Nicat Əliyev iş vaxtı xidmət ərazisini tərk edərək Gəncə şəhərinə yollanıb və burada Məhsəti küçəsində aparılan tikinti və satış işlərinə nəzarət edib. Bildirilir ki, icra nümayəndəsi Gəncə şəhərində təxminən 15 mənzilin tikintisi və satışı ilə məşğuldur.

Əlavə məlumatda isə Nicat Əliyevin Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavininin qohumu olduğu bildirilir.  

Vətəndaşlar narazıdır, şəffaf araşdırma tələb olunur

Vətəndaşlar və ictimai fəallar baş verən hadisəyə hüquqi qiymət verilməsini, dövlət qulluqçusunun səlahiyyətlərindən sui-istifadə etməsi və döyüşçü statuslu vətəndaşa qarşı edilən fiziki təzyiqin cəzasız qalmamasını tələb edirlər.

 Aidiyyəti qurumların məsələyə obyektiv yanaşacağına və şəffaf araşdırma aparılacağına ümid edirik

 


media-728x90banner

Bənzər xəbərlər