Gələn həftə iş olmayacaq – 5 gün
Gələn həftə Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq.
2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən növbəti həftə ölkədə 2 bayram qeyd ediləcək.
Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşdüyündən, Əmək Məcəlləsinə əsasən, mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu – 30, 31 may tarixləri qeyri-iş günüdür.
İyunun 1-i Azərbaycanda növbəti iş günü olacaq.










