media-inshot_20260403_154317801

22-23 mart 2026-cı il tarixlərində Sən1Sən Beyin Mərkəzinin İtaliyanın Cassine (AL) şəhərində 17-ci əsrə aid “Palazzo Mandrilli”də yaratdığı Qalereyada növbəti sərgilər silsiləsi keçirilmişdir. Bu sərgilər “Novruz Festivalı” adı ilə Novruz Bayramına həsr olunmuşdur.

Tribuna.az xəbər verir ki, festival Azərbaycan Diasporuna Dəstək Fondunun texniki dəstəyi ilə keçirilmiş və məqsədi xalqımızın milli bayramı olan Novruz bayramı haqqında İtaliya ictimaiyətinə ətraflı məlumat vermək və eyni zamanda Azərbaycanlı rəssamların əsərləri ilə tanış etmək idi.
Festivalın açılışında Cassine şəhərinin meri cənab Carlo Felice Maccario, İtaliya-Azərbaycan Ticarət Palatasının Milan Ofisinin rəhbəri İrina Qalimova, Sən1Sən Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə, Azərbaycan və Türkiyə diaspora nümayəndələri iştirak etmişlər.
Novruz Festivalı çərçivəsində üç sərgi (“Kontrast”, “Sabahın izləri”, “İşığa doğru”) Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərlərindən ibarət idi. Digər iki sərgi – “NovruzFest” və “Sərhədsiz rənglər” uşaq və açıq çağırış üzərindən olan Azərbaycanlı rəssamların qrup sərgisi idi.
Festival İtalya vətəndaşları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. Qalereya Palazzo Mandrilli Azərbaycan incəsənətinə həsr olunmuş artıq 19 sərgiyə ev sahibliyi etməklə, Piemont regionunda İtaliya-Azərbaycan arasında dostluq və mədəniyyət körpüsü kimi fəaliyyətini davam etdirməkdədir.

Xüsusilə qeyd etməliyik ki, tarixin və mədəni yaddaşın nəfəs aldığı Palazzo Mandrilli məkanında təşkil olunan “İşığa doğru” sərgisi Azərbaycan təsviri sənətinin yetkin və peşəkar nümayəndələrini bir araya gətirən mühüm sənət hadisəsidir. Sərginin adı rəmzi məna daşıyır: işıq burada həm estetik anlayış, həm də mənəvi axtarış, yaradıcılıq enerjisi və sənətin daim yüksəlişə doğru hərəkətinin simvoludur. Ekspozisiyada “Azərbaycan Rəssamlıq Akademiyası”nda çalışan müəllimlərin, Akademiyanın məzunlarının və bu sahədə peşəkar fəaliyyət göstərən rəssamların əsərləri təqdim olunmuşdur. Bu iştirakçı tərkibi sərgiyə xüsusi sanbal və konseptual bütövlük qazandıraraq akademik ənənə ilə fərdi yaradıcılıq üslubu, pedaqoji təcrübə ilə müstəqil bədii axtarışlar və formalaşmış sənətkar mövqeyi bir araya gətirmişdir. Sərgidə nümayiş olunan əsərlər rəngkarlıq, heykəltəraşlıq və keramika sahələrini əhatə edirdi. Rəngkarlıq nümunələrində işıq-kölgə münasibətləri, kolorit zənginliyi və kompozisiya harmoniyası vasitəsilə insanın daxili aləmi, zamanın axarı və müasir dünyanın estetik ritmi ifadə olunurdu. Heykəltəraşlıq işlərində forma və plastikanın dili ilə məkan və həcm arasında dinamik əlaqə qurularaq; materialın fakturası ideyanın emosional yükünü gücləndirir. Keramika nümunələri isə dekorativ-tətbiqi sənətin incəliklərini nümayiş etdirərək ənənəvi motivlərlə çağdaş bədii düşüncənin sintezini təqdim etdi.

media-inshot_20260403_154317801media-inshot_20260403_154908153media-inshot_20260403_154945021media-inshot_20260403_162632434media-inshot_20260403_163138664media-inshot_20260403_163153527media-inshot_20260403_154421579


media-728x90banner

Bənzər xəbərlər