Gəncə İcra Hakimiyyətində yoxlama aparılır
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir.
XALQ xəbər verir ki, Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanladı.
Sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Hesablama Palatasıtərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri
həyata keçirilir.
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir.
Sorğumuza operativ cavab verdikləri üçün Hesablama Palatasına təşəkkür edirik.










