Gəncə xəstəxanasında 71 yaşlı pasiyent 2 mərtəbədən yıxılaraq öl*b
Gəncədə 71 yaşlı kişi xəstəxana binasından yıxılaraq ölüb.
XALQ xəbər verir ki, hadisə Abbas Səhhət adına Gəncə Birləşmiş Xəstəxanasının Travmatologiya şöbəsində qeydə alınıb.
İlkin məlumata görə, həmin şöbədə müalicə alan 1954-cü il təvəllüdlü Zahid Rzayev xəstəxananın ikinci mərtəbəsindən yıxılaraq hadisə yerində ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.