media-azeee

Gəncədə 58 yaşlı kişini elektrik cərəyanı vurub.

XALQ APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

Belə ki “Azərişıq” ASC-nin 58 yaşlı əməkdaşı C.Vəliyevi iş vaxtı elektrik cərəyanı vurub. O hadisə yerində həlak olub.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə verilib.

Faktla bağlı araşdırma aparılır.


media-728x90banner

Bənzər xəbərlər