Gəncədə dəhşətli hadisə-Benzinli qabla üç nəfəri yandırdı
Gəncədə 3 nəfər yanıq xəsarəti alıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şəhər sakinləri M. Namazov, E. Zeynalov və N. Kazımov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisəni törədən şəxsin kimliyi məlum olub: Araşdırmalarla müəyyən edilib ki, iyunun 29-da gecə saat 1 radələrində Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq 1997-ci il təvəllüdlü həmyerlisi Muraz Namazovun üzərinə atıb.
Hadisə nəticəsində M. Namazov, tanışları – 1993-cü il təvəllüdlü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir”.