Gəncədə qadın avtomobildən düşüb yolda rəqs etdi-Video
Görüntülərdə yer alan qadın videonu öz sosial şəbəkə hesabında paylaşıb.
Kadrlarda sürücü qadının “Chevrolet” markalı avtomobili işıqforun qırmızı işığında, yolun hərəkət hissəsində saxlayaraq nəqliyyat vasitəsindən endiyi və yolda rəqs etdiyi görünür.
Rəqs anları isə avtomobildə olan sərnişin tərəfindən mobil telefonla çəkilib.
Yol hərəkəti qaydalarının kobud şəkildə pozulduğu hadisə ilə bağlı sürücü barəsində hansı tədbirlərin görüləcəyi aparılan araşdırmadan sonra məlum olacaq.
Sizcə bu, əyləncədir, yoxsa məsuliyyətsizlik? Unikal










