media-933

Gəncə şəhərində Gəncə Dövlət Universitetinin II korpusuna bitişik “Biblioteka” adlı kafenin piyada səkisi üzərində tikilməsi cəmiyyətdə haqlı narazılığa səbəb olub. Daha da təəccüblüsü isə budur ki, obyektə əvvəlcə tikinti icazəsi verilib, tikinti başlanandan sonra söküldüyü halda, bir müddət sonra eyni ərazi üçün yenidən icazə verilib.

Məlumata görə, bu icazəni Gəncə Şəhər İcra Hakimiyyəti və Memarlıq-şəhərsalma idarəsi verib. Halbuki obyektin tratuar sahəsində yerləşməsi, təhsil müəssisəsinə bitişik olması və piyadaların sərbəst hərəkətinə maneə yaratması qanunvericiliyin açıq şəkildə pozulmasıdır.

Tikinti illər öncə mövcud olan “Soni” mağazasına söykənərək aparılıb. Maraqlıdır ki, Soni mağazası da səkidə yerləşdiyindən, onun üzərinə yeni obyekt tikilməsi ərazidə kommersiya məqsədli zəbtin zəncirvari şəkildə davam etdiyini göstərir.

Bu suallar cavab gözləyir:

– Sökülən obyektə yenidən tikinti icazəsi hansı əsasla verilib?
– Şəhərsalma və Tikinti Məcəlləsinə zidd bu cür addımlara kim nəzarət etməli idi?
– GDU rəhbərliyi universitetə bitişik ərazidə bu qanunsuzluqlara niyə susur?
– Memarlıq idarəsi və icra hakimiyyəti niyə qanunsuzluğa şərik olub?

Redaksiya olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Gəncə Şəhər İcra Hakimiyyətinə rəsmi sorğu göndəriləcək.

İctimai ərazilərin şəxsi maraqlarla zəbt edilməsi susqunluqla deyil, hüquqi tədbirlərlə cavablandırılmalıdır.


media-728x90banner

Bənzər xəbərlər