media-qezaa

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəhərin 1-ci mikrorayonu, Vaqif küçəsi ilə hərəkətdə olan “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsiz vəziyyətdə dayanmış “Chevrolet” və “Mercedes” markalı maşınlara çırpılıb.

Zərbənin təsirindən “Toyota” yol kənarına aşıb.

Qəza zamanı “Toyota”nın sürücüsü, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.

 

Qeyd edək ki, həyatını itirən Tural Qənbərov III MDB Oyunlarının Gəncə üzrə meneceri olub.


media-728x90banner

Bənzər xəbərlər