Gənclərdən Afət Həsənovaya dəstək
024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Həsənova Afət Əbil qızının Bakı şəhər Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Ailəvi parkda veteranlarla görüşü keçirilib.
Deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolu, ölkəmizin qarşısında duran yeni perspektivlər barədə seçicilərə məlumat verib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuzun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa etməsinin ən mühüm məqam olduğunu qeyd edən namizəd, həmçinin budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb.
Görüşdə veteranları narahat edən müxtəlif məsələləri dinləyən və aydınlıq gətirən deputatlığa namizəd Afət Həsənova qeyd edib ki, yenidən etimad göstərilsə, fəaliyyəti dövründə yarım qalmış işlərin və qaldırılan yeni problemlərin öz həllini tapması istiqamətində əlindən gələni əsirgəməyəcək.
Görüşdə iştirak edən veteranlar çıxış edərək fəaliyyəti dövründə vətəndaşların yanında olduğuna görə namizədə öz minnətdarlıqlarını bildirmiş, təklif və müraciətlərini səsləndirmiş, 1 sentyabr seçkilərində yenidən Afət Həsənovaya etimad göstərərək səs verəcəklərini vurğulamışlar.
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 23 avqust 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın YAP Suraxanı rayon təşkilatının inzibati binasında ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxan rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, müasir Azərbaycan gəncliyi Heydər Əliyevin yolu ilə getməli, Prezident cənab İlham Əliyevin onlar üçün yaratdığı imkanları, şəraiti Vətənin gələcəyi naminə düzgün dəyərləndirməlidirlər. Yerli təşkilatın sədri Suraxanı rayonu ərazisində yaşayan çoxsaylı ilk dəfə səsvermə hüququ qazanmış gəncin seçkilərlə bağlı maarifləndirilməsinin əhəmiyyətli olduğunu vurğulamışdır.
Daha sonra çıxış edən namizəd Afət Həsənova gəncləri salamlayaraq qeyd ki, o da uzun müddət gənclər təşkilatlarında fəaliyyət göstərmiş və hər zaman gənclərin qayğılarını öz qayğıları hesab etmişdir. YAP-ın namizədi xüsusi vurğuladı ki, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün dünyanın müxtəlif universitetlərində azərbaycanlı gənclər dövlət hesabına təhsil alırlar. Afət Həsənova gəncləri seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırmışdır.
YAP Suraxanı rayon təşkilatının ilk dəfə səs verəcək fəal gənc könüllüləri Zəhra Məmmədzadə və Məryəm Əsgərzadə öz çıxışlarında gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb. Çıxış edənlər gənclər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində görüşdə iştirak edən ilk dəfə səs verəcək gənc seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
23 avqust 2024-cü il tarixdə həmçinin, Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın Qaraçuxur qəsəbəsi Etibar Bəkirli 240 və Qaraçuxur qəsəbəsi 4042/60 ünvanlarında yaşayan seçicilər ilə görüşü keçirilmişdir. Görüşdə seçiciləri narahat edən müxtəlif məsələləri dinləyən və aydınlıq gətirən Afət Həsənova qeyd edib ki, yenidən etimad göstərilsə, fəaliyyəti dövründə yarım qalmış işlərin və qaldırılan yeni problemlərin öz həllini tapması istiqamətində əlindən gələni əsirgəməyəcək.


















