General Baba Salayevin 211 min manatlıq alış-verişi baş tutmadı
FHN Akademiyasının tenderi ləğv edildi – səbəb açıqlanıb
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası tərəfindən sair əşya və əmlakın satın alınması ilə bağlı elan edilən tender baş tutmayıb.
XALQ xəbər verir ki, keçirilən satınalma proseduru “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib. Səbəb olaraq müsabiqəyə təklif verən malgöndərənlərin sayının qanunvericiliklə müəyyən edilən minimum həddən – üçdən az olması göstərilib. Bildirilib ki, yalnız iki şirkət həm təklif, həm də onun təminatını təqdim edib və tələb olunan hallarda müvafiq lisenziya və ya icazəyə malik olub.
Ehtimal olunan satınalma məbləği 210.789,30 AZN təşkil edirdi. Satın alınması nəzərdə tutulan mallar sırasında ayaq dəsmalı (iplik, 50×80 sm), hamam dəsmalı (xovlu, 80×160 sm), əl-üz dəsmalı, idman dəsti (qış), idman papağı, idman corabı və digər əşyalar yer alırdı.
Qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.32gun.az