“Golden Beach” istirahət mərkəzində faciə
Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
XALQ-ın məlumata görə, iyulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən “Golden Beach” istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.