Bakıda və Abşeron yarımadasında səhər saatlarından etibarən daha da güclənən külək bir sıra fəsadlar törədib.
XALQ.AZ xəbər verir ki, paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsində güclü külək dayanacağı uçurub. Güclü  külək dayanacağın üzərindəki şüşə lövhəni aşırıb, arxa tərəfə olan şüşəni isə qoparıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatına görə saat 09:00-a olan məlumata əsasən şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib.
Orxan

media-728x90banner

Bənzər xəbərlər