Gülər Bəbirovanın rəhbəri olduğu 233 saylı məktəbdə azyaşlı qız bıçaqlandı
Bakıda 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb.
XALQ teleqraf.az-a istinadən xəbər verir ki, hadisə mayın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində orta məktəbin ərazisində baş verib.
Tənəffüs vaxtı 5 “q” sinifinin şagirdi İxtiyar Namazov (ad-soyad şərtidir – red.) məktəbin dəhlizində D.Əliyevin üzərinə bıçaqla hücum edib.
Bu zaman D.Əliyevin bacısı Y.Əliyeva qardaşını qorumaq üçün onun qarşısına keçib.
Nəticədə Y.Əlizadə əlindən bıçaq xəsarəti alıb.
Qeyd edək ki, Gülər Bəbirova 2016-cı ildən məktəbin direktorudur











