Günay Ağamalı Biləsuvar və Neftçalada seçicilərlə görüşüb
Milli Məclisin deputatı Günay Ağamalı seçicilərlə görüşüb
18 yanvar 2025-ci il tarixində Milli Məclisin deputatı Günay Ağamalının Biləsuvar rayonunun Əliabad kəndində Malik Piriyev adına tam orta məktəbdə vətəndaşlarla görüşü keçirildi.
İlk öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verdi.
Ardınca, Millət Vəkili Günay Ağamalı seçicilərin səsləndirdiyi müraciətlər və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.
Milli Məclisin deputatı Günay Ağamalının Neftçala rayonunun Aşağı Surra kəndində vətəndaşlarla görüşü keçirildi.