Günay Ağamalı bu dairədən namizəd oldu
Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Artıq seçkidə iştirak edənlərin namizədliyi qeydə alınır.
XALQ.AZ xəbər verir ki, Ana Vətən Partiyasının namizədi Gunay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki Dairəsindən namizədliyi qeydə alınıb .
Bu barədə Gunay Ağamalı sosial hesabında “Öz imzaları ilə mənə etimad göstərib, belə bir şansı verən dəyərli seçicilərimə dərin təşəkkürümü bildirirəm” deyə qeyd edib.
Qeyd edək ki, Gunay Ağamalı Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müavini, AVP Qadınlar Şurasının sədridir.










