Günay Ağamalı Salyanda seçicilərlə görüşdü
XALQ.AZ məlumat verir ki, Milli Məclisin deputatı Günay Ağamalının Salyan şəhər 2 saylı tam orta məktəbdə Salyan sakinləri ilə görüşü keçirildi.
Torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış problemlər haqqında görüş iştirakçılarına məlumat verdi.























