Günay Ağamalı şəhid ailəsini ziyarət etdi-Neftçalada və Biləsuvarda seçicilərlə görüşdü
Milli Məclisin deputatı Günay Ağamalının Biləsuvar rayonunun Xırmandalı kənd 1 saylı tam orta məktəbdə sakinlərlə görüşü keçirildi.
XALQ.AZ məlumat verir ki, torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi.
Millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış problemlər haqqında görüş iştirakçılarına məlumat verdi.
Ardınca, Millət Vəkili Günay Ağamalı seçicilərin qaldırdığı cari problemləri və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.
Həmçinin Günay Ağamalının Neftçala rayonunun Qaraqaşlı kənd Sənətkarlıq evində sakinlərlə görüşü keçirildi.
Torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi. Daha sonra Millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış problemlər haqqında görüş iştirakçılarına məlumat verdi.





































