Günay Ağamalıdan TƏBRİK- “İctimai şüurun formalaşmasında mühüm töhfələr verəcəksiz”
Azərbaycan mediasında özünəməxsus dəsti-xətti ilə seçilən XALQ.AZ xəbər portalının yaranmasından 12 il ötür.
Azərbaycan xəbər məkanında obyektiv yanaşma ilə fəaliyyətimizi davam etdiririk. Xəbər portalının redaksiyasına təbriklər ünvanlanır.
Həmin təbrikləri təqdim edirik:
Hörmətli Xalq.az kollektivi!
Xalq.az xəbər portalının yaranması münasibətilə ürəkdən təbrik edirəm! Xalq.az saytı milli-mənəvi dəyərlərimizi, çox əsrlik mədəniyyətimizi və cəmiyyətin aktual məsələlərini özündə əks etdirən bir platforma kimi, Azərbaycanda informasiya mühitinin inkişafına mühüm töhfələr verir.
Ölkəmizdə Ümummilli lider Heydər Əliyevlə başlayan söz və mətbuat azadlığı, eyni rasional və konstruktiv yanaşma ilə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin informasiya siyasətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, bununla yanaşı, jurnalistlərin maddi-sosial problemlərinin həll edilməsi və ümumilikdə, mətbu orqanlarımızın bəşər sivilizasiyasına fəal inteqrasiyası istiqamətində məqsədyönlü işlər görülür.
Əziz Xalq.az əməkdaşları inanıram ki, sizlər hər zaman olduğu kimi bundan sonra da oxuculara dəyərli və məzmunlu məlumatlar təqdim edəcək və ictimai şüurunun formalaşmasında yüksək xidmət göstərəcəksiz. Sizə yeni-yeni nəaliyyətlər diləyirəm!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.