Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Teymuraz Şaraşenidze Ukraynaya səfir təyin olunub.

XALQ.AZ xəbər verir ki, bunu yerli mətbuat yazıb.

Məlumata görə, ölkənin Xarici İşlər Nazirliyi bu barədə qərar qəbul edib.

XİN-dən isə bildirilib ki, Ukraynaya səfir postuna uyğun namizədin seçilməsi prosesi davam edir və proses başa çatandan sonra səfirin adı ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, T.Şaraşenidze 2011-2018-ci illərdə Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Qonşu ölkənin Ukraynadakı keçmiş səfiri Gela Dumbadze bu yaxınlarda vəzifəsindən azad olunub. O, fəaliyyətini Gürcüstan XİN-də davam etdirəcək.

 

Orxan


media-728x90banner

Bənzər xəbərlər