Hacıqabulda dezinfeksiya işləri davam edir
Hacıqabul rayonu ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etməkdədir.
XALQ.AZ xəbər verir ki, infeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə 12.08.2021-ci il tarixdə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında dezinfeksiya işləri davam etdirilib.
Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər, qəsəbə və kəndlərdə əhali arasında insanların karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün maarifləndirmə işləri ciddi qaydada aparılır.













