Hacıqabulda vətəndaşlarla görüş olacaq
Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov sakinlərlə görüşəcək.
Bu barədə XALQ.AZ-a icra hakimiyyətində məlumat verilib.
Məlumatda qeyd olunur ki, Rüstəm Xəlilov 23 may tarixində saat 15.00 -da Qarasu kəndində vətəndaşlarla görüşəcək.
Qəbul Qarasu kənd orta məktəbində olacaq.










