media-900

“Halal Dad” məhsulundan tük çıxdı – istehlakçılar narazıdır

media-901

Daxil olan məlumatda vətəndaş bildirib ki, supermarketlərdən birindən aldığı Halal Dad MMC-yə məxsus “Ocaq üstü” məhsulunu evdə açdıqda içində tük çıxması onu ciddi şəkildə təəcübləndirib. Vətəndaş məsələni qeydə alaraq narazılığını ifadə edib.

Maraqlıdır ki, bu hal istehlakçıların məhsula olan etimadına xələl gətirə bilər. “Halal Dad” brendi uzun illər ərzində keyfiyyətli məhsulları ilə tanınsa da, belə hallar istehlakçı hüquqlarının qorunması və istehsalçı məsuliyyətinin vacibliyini bir daha gündəmə gətirir.

Mütəxəssislər bildirir ki, məhsulların istehsal və qablaşdırma prosesində texniki nəzarət sistemlərinin işləməsi vacibdir və tük kimi yad cisimlərin məhsuldan çıxması ciddi araşdırma tələb edir.

media-902

Ümid edilir ki, müvafiq dövlət orqanları məsələ ilə bağlı lazımi tədbirlər görəcək və istehlakçılar üçün təhlükəsiz məhsul təmin olunacaq. Halal Dad MMC isə məsələni araşdırmalı və istehlakçılara aydın izahat verməlidir.Patrulaz.az


media-728x90banner

Bənzər xəbərlər