Hansı icra başçıları haqqında Sərənacam gözlənilir?
Prezident İlham Əliyevin sərəncamı ilə Qaradağ RİH-in başçısı Süleyman Mikayılovun vəzifəsindən azad olunması növbənin kimdə olduğu sualını altuallaşdırıb. Bundan qabaq da bəzi rayonların icra başçıları dəyişib, Nəsimi rayonuna təyin olunan şəxs – bir ayın rəhbəri isə vəzifədən azad olunub. Həmçinin Balakənin icra başçısı həbs edilib. Mikayılovun da cinayət əməlləri haqda istintaq aparıldığı xəbərləri yayılıb.
Qeyd edək ki, Süleyman Mikayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun himayəsində olan məmurlardan biri kimi tanınsa da, icra başçısı kimi fəaliyyəti dövründə Ramiz Mehdiyevin çətiri altına keçdiyi bildirilir. Onun indi “vurulmasında” Mehdiyev amilinin də rol oynadığı istisna edilmir.
XALQ məlumat verir ki, Musavat.com-un əldə etdiyi xəbərə görə, yaxın dövrlərdə icra başçılarının təmizlənməsi prosesi davam edəcək. Hakimiyyətin əlində birbaşa Ramiz Mehdiyevə yaxın olmuş, onun himayəsi ilə vəzifəyə təyin edilmiş icra başçılarının siyahısı var. “Qara siyahı”dakıların “qələminin qırılması” tədricən davam etdiriləcək. Bu prosesin sonda yerlərdə idarəetmə sisteminin dəyişditilməsi ilə nəticələnməsi də mümkündür.
Konstitusiyanın 124-cü maddəsinə görə, yerlərdə icra hakimiyyətini icra hakimiyyətləri başçıları həyata keçirir. Məhz buna görə Konstitusiyanı dəyişmədən “icra başçıları” sözü belə, dəyişdirilə bilməz. Yerlərdə dövlət hakimiyyətinin həyata keçirilməsi istiqamətində islahatlar olacaqsa, bu, Konstitusiyada və qanunlarda dəyişikliklər edilməklə həyata keçirilməli, qanunvericiliyin sistemləşdirilməsi yolu ilə kolliziyalar aradan qaldırılmalıdir.
Əldə etdiyimiz məlumata görə, 2026-cı ildə rayon icra hakimiyyətlərinin tarixə qovuşması və onların yerini Prezidentin Xüsusi Nümayəndəliyi insititutunun tutacağı ehtimalı kifayət qədər yüksəkdir. Prezident də bu yaxınlarda yerli televiziyalara müsahibəsində işğaldan azad edilmiş rayonlarda Prezidentin Xüsusi Nümayəndəliyi institutunun idarəetmə məsələsində müsbət effekt verdiyini vurğulamışdı. Bu, isə hakimiyyətin ən yuxarı qatlarında rayonların idarəetmə mexanizmində ciddi dəyişikliklərin labüdlüyü barədə fikirin get-gedə qətiləşdiyini söyləməyə əsas verir










