media-mr

Əmək Məcəlləsinə əsasən bir sıra kateqoriyalara aid işçilərə əsas məzuniyyətdən başqa, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, əmək stajı, habelə ailə vəziyyəti nəzərə alınmaqla əlavə məzuniyyət də verilir.

Əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginlik tələb edən işçilər 6 təqvim günündən az olmamaqla əlavə məzuniyyətlə təmin edilirlər. Əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı isə müvafiq qaydada təsdiq edilir.


media-728x90banner

Bənzər xəbərlər