Həkəri çayının sahilində Bayram ziyafəti-Video
Mayın 28-də Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
XALQ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif konsertdə iştirak ediblər.
Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.
Azərbaycan lideri İlham Əliyev tədbirdə çıxış edib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış ediblər.
Daha sonra konsert proqramı təqdim olunub.