media-dn

Bərdədə yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə səbəb olub.

Hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılıb. Nəticədə Ağdam rayon sakini Orxan Əliyev hadisə yerində ölüb.

Hadisə nəticəsində yaralananların da olduğu bildirilir.

Onlar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Orxan Əliyev hərbi qulluqçu olub.


media-728x90banner

Bənzər xəbərlər