Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən XALQ.AZ -a verilən məlumata görə, rəqabətli keçən hərracda ümumilikdə 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü kiçik dövlət müəssisə və obyekti, 5-i nəqliyyat vasitəsi, 1-i yarımçıq tikili, 12-si isə qeyri-yaşayış sahəsidir:
“Kiçik dövlət müəssisə və obyektləri Gəncə şəhərində, Yardımlı və Beyləqan rayonlarında, qeyri-yaşayış sahələrinin 1-i Sumqayıt şəhərində olmaqla digərləri Bakının Suraxanı, Sabunçu, Nəsimi, Nərimanov, Qaradağ və Xətai rayonlarında yerləşir.
Ümumi faydalı sahəsi 647 kv.m olan Yardımlı şəhərində yerləşən Əmlak kompleksi investor tərəfindən 32 min 500 manat ödəməklə özəlləşdirilib. Bu əmlak gələcəkdə sahibinə müxtəlif iqtisadi sahələrdə yüksək gəlir qazandıra biləcək. Hərracda özəlləşdirilən digər kiçik dövlət müəssisəsi isə Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən 32 saylı mağazadır. Sahibkar ümumi faydalı sahəsi 47 kv.m olan bu obyekti yenidən quraraq pərakəndə satış prosesini həyata keçirə bilər. Ümumi faydalı sahəsi 126 kv.m olan Beyləqan şəhərində yerləşən 7 saylı xırda topdansatış müəssisəsi sifarişçi tərəfindən 4 min manat ödənilməklə özəlləşdirilib. Belə müəssisələr iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər sahələrində fəaliyyətə cəlb oluna bilər.
Özəlləşdirilən qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12 kv.m-419 kv.m aralığındadır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ümümi faydalı sahəsi 419 kv.m olan qeyri-yaşayış sahəsi 210 min manata özəlləşdirilib. Qeyd edək ki, bu əmlak gələcəkdə ofis, xidmət və digər sahələrdə gəlirli obyekt kimi istifadə edilə bilər.
Hərracda sahibini tapan nəqliyyat vasitələri arasında Almaniya, Rusiya, İtaliya istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlardan BMW, Fiat kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi 2003-2008 illəri əhatə edir. Bu avtomobillərdən ikisi satışda rəqabətli mühit yaradıb. Belə ki, alıcılar arasında olan yüksək maraq və rəqabət nəticəsində ilkin qiyməti 2 min manata qədər olan QAZ 31105 və VAZ 21213 markalı avtomobillərin qiyməti 2 dəfədən çox artaraq hər biri 4 min 700 manata satılıb”.
Qeyd edək ki, Komitə tərəfindən növbəti hərrac 27 iyun tarixində keçiriləcək. Prosesə investorları cəlb edə biləcək 114 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.

media-728x90banner

Bənzər xəbərlər

Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib.

XALQ.AZ Komitəyə istinadən xəbər verir ki, bugünkü hərracda 40 dövlər əmlak özəlləşdirilib.

Bildirilib ki, 40 dövlət əmlakının özəlləşdirilməsinə 47 sifariş verilib: “Sifarişlərdən 7-si isə elektron qaydada verilib. Budəfəki hərraca iki investor onlayn qoşularaq iştirak edib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi isə hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradıb. Budəfəki hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyəti, 7-i kiçik dövlət müəssisəsi, 21-i qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir”.

Məlumata görə, Bakının Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi investorları özünə cəlb edib:

Həmin əmlaka 4 sifariş verilib. Hərrac zamanı alıcıların təklifləri ard-arda səsləndirilib. Rəqabət nəticəsində ilkin start qiyməti 20 min olan obyektə edilən təklif 150 min manatadək yüksəlib. Başqa sözlə edilən təklif əmlakın ilkin start qiymətindən 7 dəfə çoxdur. Bu əmlakın hərracında alıcılardan biri onlayn şəkildə qoşulmuşdur.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakının Nəsimi və Sabunçu rayonunda, Hacıqabul, Tovuz, Masallı, Şəki, Xızı rayonlarında yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 62.3 kv.m olan Hacıqabulda yerləşən 12/1 saylı mağaza və Bakının Nəsimi rayonunda olan 13 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa, Şəkidə özəlləşən 80 saylı idman malları mağazası sahibi üçün xidmət sahəsində gəlirlidir. Adıçəkilən əmlakın ümumi faydalı sahəsi 220 kv.m dən çox, torpaq sahəsi isə 270 kv.m-ə yaxındır.

Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 12-si Bakının Səbail, Nərimanov, Xətai, Binəqədi və Yasamal rayonlarında, digərləri isə Gəncədə, Sumqayıt, Mingəçevir, Şirvan, Daşkəsən və Qazaxda yerləşir. Paytaxtın Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 44 kv.m-ə yaxın olan olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 118 kv.m-ə olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Martın 27-si keçirilən hərracda Bərdə Mexanikləşdirilmiş Dəstə Açıq səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib”.


media-728x90banner

Bənzər xəbərlər