Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən “Heydər Əliyev Siyasi Məktəbi” layihəsi uğurla davam edir.
Lyihənin məqsədi ulu öndər Heydər Əliyevin müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modelinin əsasında yeni nəsil Sabirabad fəallarının siyası hazırlığını yüksəltməkdir.
Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda, Ulu Öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada öyrənilir.1-ci dövr Heydər Əliyevin tələbəlik və gənclik illəri (Naxçıvan şəhəri), 2-ci dövr dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti (DTX Akademiyası), 3-cü dövr Sovet Azərbaycanına rəhbərlik etdiyi illər (Sabirabad şəhəri), 4-cü dövr Sovet İttifaqının rəhbərliyində çalışdığı illər (Hökumət Evi), 5-ci dövr müstəqilliyimizin bərpası uğrunda mübarizəsi (Yeni Azərbaycan Partiyası, Milli Məclis) və 6-cı dövr isə Ulu Öndərin qayıdışı, müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri (Şuşa şəhəri) əhatə edir.
Layihənin açılışı Naxçıvan şəhərində keçirilib. Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli və AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev gənclərlə görüşərək, Ulu Öndər Heydər Əliyevin gənclik və tələbəlik illəri barədə geniş məlumat verib.

Sabirabadlı gənclər Heydər Əliyevin tələbəlik və gənclik illərini əks etdirən eksponatlar, materiallarla tanış olublar, onun təşəbbüsü ilə inşa edilən obyektlərə baş çəkiblər. Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri olduğu zaman köməkçisi vəzifəsində işləmiş Ramiz Məmmədovun sabirabadlı gəncləri Heydər Əliyevin iş otağı ilə tanış edib, onunla bağlı xatirələrini danışıb.

Layihənin 2-ci mərhələsində sabirabadlı gənclər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Ulu Öndər Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti ilə bağlı məlumat alıblar. DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında çalışarkən həyata keçirdiyi “Naturalist”, “Duel”, “Axito”, “Alagöz” əməliyyatlarından danışıb, layihə iştirakçılarının suallarını cavablandırıb. Layihə iştirakçıları Akademiyanın muzeyi ilə tanış olublar.

Layihənin 3-cü mərhələsində Azərbaycanın sabiq Baş naziri, xarici işlər naziri Həsən Həsənov Sabirabad şəhərində ümummilli lider Heydər Əliyevin idarəçilik keyfiyyətləri və Sovet Azərbaycanın iqtisadiyyatına, mədəniyyətinə, ədəbiyyatına verdiyi misilsiz töfhələrdən danışıb. Daha sonra görkəmli pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova layihə iştirakçılarını çay süfrəsinə qonaq edərək Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Layihənin hər bir mərhələsinin ikinici hissəsində “Yüksəliş” müsabiqəsi ilə əldə edilən razılaşmaya əsasən, qaliblər tərəfindən layihə iştirakçılarına fərdi inkişaf proqramı keçirilir və bununla da qaliblər müsabiqə zamanı əldə etdikləri bilik və bacarıqları region gənclərə ötürməklə “Yüksəliş” müsabiqəsinin növbəti fayda həlqəsini yaradıblar.


media-728x90banner

Bənzər xəbərlər