media-466

 

Heydər Əliyev adına hava limanı ərazisinə daxil olan avtomobillər üçün ciddi problem yaranıb.

Belə ki, saatlarla avtomobil sürücüləri hava limanı ərazisini tərk edə bilməyib.Heydər Əliyev adına  Beynəlxalq Aeroportu  ərazisində 15 dəqiqə parklanma ödənişsizdir, lakin 15 dəqiqə keçdikdən sonra 1 manat ödəniş olunması tələb olunur. Ödəniş terminalları işləmədiyi üçün əlavə vaxt itkisinə görə yüzlərlə  sürücülərə əlavə ödəniş etmələrinə səbəb yaranıb.

XALQ-a daxil olan məlumata görə dünən 3 oktyabr gece saat 02.00-03.00 radələrində avtomobil sürücüləri üçün ciddi problem yaranıb. Belə ki, hava limanı ərazisində parklanma üçün ödəniş terminalları işləməyib və nəticədə sürücülür saatlarla hava limanı ərazisində qalıb.

Hava limanında  buraxılış məntəqəsinin turniketləri açılmayıb . Ödəniş qəbul etməyən aparatlara görə 0512320032 qaynar xəttə zəng edən sürücülərə onlayn vasitəsi ilə ödəniş etmələri tələb olunub əks halda turniketlər açılmayaraq hava limanı ərazisindən buraxılmayacaqlar.  Vətəndaşlar haqlı narazılığına səbəb olan məsələyə görə heç bir səlahiyyətli şəxs belə sürücülərə yardım göstərməyib.

Belə hadisə ilk hal deyil ki, hava limanında parklanma ödənişi ilə bağlı şikayətlər yayılır Bir müddət öncə sosial mediada ödəniş terminallarına nağdsız parklanama ödənişi etmək mümkün olmadığı barədə xəbərlər yayılmışdır.

Məsələ ilə bağlı Heydər Əliyev hava limanında açıqlama almaq mümkün olmadı.

Qurumalrında mövqeyini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

media-133 media-134 media-135media-136 media-137

 


media-728x90banner

Bənzər xəbərlər