Tovuz Dövlət Sosial-İqtisadi Kollecində müəllimlər kütləvi şəkildə işdən çıxarılır.

 

XALQ.AZ məlumat verir ki, şikayətlərini bildirən müəllimlər Vəliyeva Aynurə, İsayeva Aygün, Ələkbərova Şahnaz qeyd ediblər ki, kollecin direktoru Hicran Əyyubova 20 ilin müəllimlərinə dərs saatı vermir, ixtisara salmaq istəyir.

Şikayətçilərin sözlərinə görə, direktor işə qəbul etdikləri müəllimləri də seçərkən öz mənafeyindən çıxış edir. Qazax rayonundan özü ilə kollecə müəllimlər gətirir, bələdiyyə sədrini müəllim kimi işə qəbul edir və s.

Qeyd edək ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecin direktoru Hicran Əyyubovadır

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Tribunainfo.az

 


media-728x90banner

Bənzər xəbərlər