media-seee

Paytaxtın Suraxanı rayonunda növbəti kütləvi ağac kəsimi qeydə alınıb.

Suraxanı rayon Hövsan qəsəbəsi sakinlərinin verdiyi məlumata görə, İlqar Əhlimanov küçəsində Hövsan Bələdiyyəsinin binasının qarşısında həmişə yaşıl ağaclar kəsilib.

media-11

XALQ məlumat verir ki,iddialara görə həmişə yaşıl ağaclar Hövsan Bələdiyyəsinin sədri Seymur Rəsulovun tapşırığna əsasən kəsilib.

media-14
Kadrlarda göründüyü kimi Bələdiyyənin inzibati binasının qarşısında irigövdəli, həmişə yaşıl ağacları olub lakin ağaclar Seymur Rəsulovun göstərişi ilə kəsilib.

Ağac kəsimi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları akt tərtib edərək Hövsan bələdiyyəsinin sədri barədə hüquq-mühafizə orqanlarına araşdırılması üçün sənədlər hazırlanır.

Rəsmi məlumatda bildirilir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində ağacların kəsilməsi ilə bağlı mediadan daxil olan şikayət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

İdarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda aparılan abadlıq işləri zamanı 11 ağacın qanunsuz kəsildiyi və nəticədə təbiətə 9840 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır. Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi üçün lazımi işlər görülür deyə bildirilib.

media-12media-12
Qeyd edək ki, paytaxtda belə hallara tez-tez baş verir, obyekt üçün əlverişli ərazi olduğu halda ağaclar suni şəkildə qurudulub məhv olunur ya da ki, kəsilərək cəriməsi ödənilir və nəticədə qanunsuz tikinti aparılması üçün bəzi məmurlarla “razılıq” əldə olunur.

Bəs maraqlıdır Hövsan Bələdiyyəsinin sədri Seymur Rəsulov ağac əkmək vəzifə borcu olduğu halda niyə həmişə yaşıl ağacları kəsdirib.

Bu məsələni isə artıq aidiyyatı qurumların araşdırması gərəkdir.

Məsələ ilə bağlı qurumların və yazıda adları keçənlərində fikirlərini yayımlamağa hazırıq.

 


media-728x90banner

Bənzər xəbərlər