Hövsanda kanalizasiya sularının dənizə axıdıldığı iddia edilir
Hövsan qəsəbəsi ərazisindəki çimərliyə kanalizasiya sularının axıdıldığı iddia edilir. Ona görə dənizin kənarında üfunətdən dayanmağın mümkün olmadığı bildirilir.
Xezerxeber.az-ın məlumatına görə, ərazidə yaşayan sakinlər iddia edirlər ki, çirkab suları birbaşa dənizə axıdılır.
Gözlə aydın görmək olur ki, dənizin suyu çirkab rəngindədir. Sahildə üfunətdən də dayanmaq mümkün deyil. Sakinlər bildirirlər ki, bu iy onların səhhətinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, araşdırılaraq məsələyə aydınlıq gətiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.