media-911

Bu binalarda sakinlərlə birlikdə qurdlar da yaşayır…

5 mərtəbəli binalarda evlərin içinə qədər dolan qurdlar sakinlərin canını boğazına yığıb. “Xəzər xəbər”in vatsap qaynar xəttinə müraciət edən Suraxanı rayon Hövsan qəsəbəsi Füzuli Bayrmaov 22a ünvanında yaşayan sainlərin sözlərinə görə, artıq 3 ildir bu vəziyyət hökm sürür. Lakin çarə qılan yoxdur.

Şikayətçilər deyirlər ki, ərazidə olan binaların əksəriyyətində bu problem var. Mənşəyi bilinməəyn qurdlar əvvəlcə tut ağacının yarmaqlarını yeyir, sonra isə binanın fasadlarına, evlərin içlərinə dolur.

Sakinlərin şikayəti ilə bağlı Suraxanı rayon icra hakimiyyətinə müraciət etdik. Qurumdan “Xəzər xəbər”ə bildirildi ki, rayon ərazisində bu ziyanverici həşəratların məhv edilməsi məqsədilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən dezinfeksiya işləri həyata keçirilir. Amerika ağ kəpənəyinin kütləvi artması və binalara dolması ilə bağlı Hövsan qəsəbəsi Füzuli Bayramov küçəsi də nəzarətə götürüldü, dezinfeksiya işləri görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


media-728x90banner

Bənzər xəbərlər