
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti çox hörmətli Mehriban xanım Əliyeva Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Sizə can sağlığı, xoşbəxtlik, ailə səadəti və ölkəmizin inkişafı, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Əli Hüseynli
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədri
****

Liderə sədaqətin, Vətənə xidmətin, Xalqa məhəbbətin ünvanı – Mehriban xanım Əliyeva
Müasir Azərbaycan dövlətinin inkişafında, qüdrətlənməsində, beynəlxalq nüfuzunun yüksəlməsində, xalq iqtidar birliyinin möhkəmlənməsində ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, gərgin əməyi, misilsiz xidmətləri və böyük uğurları vardır.
Mehriban xanımın çoxşaxəli, xoş məramlı , tolerantlıq və humanizm ənənələrinə söykənən birləşdirici, səfərbəredici fəaliyyəti sayəsində qədim və zəngin Azərbaycan mədəniyyəti dünya miqyasında ləyaqətlə təqdim olunmuş, xalqımıza çoxsaylı dostlar qazandırmış, Azərbaycanın beynəlxalq aləmdə müasir, sivil, tolerant, insan haqlarına və mənəvi dəyərlərə yüksək qiymət verən dünyəvi dövlət kimi tanınmasında əvəzsiz rol oynamışdır.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ən yaxın silahdaşı, ölkəmizin Birinci Vitse- prezidenti çox hörmətli Mehriban Xanım Əliyevanı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın xoşbəxtliyi və firəvanlığı naminə yorulmaz fəaliyyətində yeni- yeni uğurlar arzulayıram!
Musa Urud
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
****
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür
Azərbaycanın ictimai-siyasi, mədəni və humanitar həyatında xüsusi xidmətləri ilə seçilən, xeyirxahlıq və mərhəmət simvoluna çevrilmiş Mehriban xanım Əliyeva ölkəmizin inkişafında mühüm rol oynayır. Onun həyata keçirdiyi humanitar təşəbbüslər, mədəni irsimizin dünyada tanıdılması istiqamətində gördüyü işlər, təhsil və səhiyyə sahəsinə göstərdiyi diqqət xalqımız tərəfindən daim yüksək qiymətləndirilir.
Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycanı ləyaqətlə təmsil edir. Onun sülh, tolerantlıq və humanizm prinsiplərinə əsaslanan fəaliyyəti hər kəsə örnəkdir.
Doğum günü münasibətilə Mehriban xanım Əliyevaya möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!
Nizami Səfərov
Millət vəkili
*****

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona ictimai, siyasi və humanizm, qayğıkeşlik, xeyirxahlıq prinsipləri üzərində qurulan fəaliyyətində uğurlar arzu edirəm
Mahir Süeymanlı
Millət vəkil
****

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın doğum günüdür. Mehriban xanım humanizm, mərhəmət, xeyirxahlıq kimi yüksək mənəvi dəyərlərə əsaslanan fəaliyyəti ilə milyonlarla insanın sevgi və rəğbətini qazanmışdır. Onun təşəbbüsü ilə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirilən çoxsaylı layihələr milli-mənəvi dəyərlərimizin qorunmasına, dünya mədəni irsinin mühafizəsinə, yardımlaşma, həmrəylik kimi ali idealların təşviqinə xidmət edir.
Hörmətli Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətində yeni nailiyyətlər arzulayıram!
Soltan Məmmədov
Millət vəkili
*****

Xeyirxahlığın və zərifliyin rəmzinə çevrilən, insanlara böyükdən kiçiyəcən sevgi və qayğı bəxş edən, milli dəyərlərimizə sədaqəti ilə örnək olan hörmətli Mehriban xanımı ürəkdən təbrik edirəm!
Günay Əfəndiyeva
Millət vəkili, Mədəniyyət komitəsi – Sədr müavini
***

Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ən xoş arzularla təbrik edirəm!
Nəsib Məhəməliyev
Millət vəkili
****

Bu gün Azərbaycanın birinci xanımı, I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Vüqar İskəndərov
Millət vəkili
****