I sinfə qəbula start verilir
“I sinfə qəbul prosesi may ayının 1-də ayından start götürür”.
XALQ xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı Şəhəri və Naxçıvanda prioritetli qəbul tətbiq olunacaq müəssisələrin siyahısı artıq elan edilib.
“I sinfə qəbul prosesinin mərhələli təşkili valideynlər üçün daha şəffaf və əlçatan seçim imkanı yaradır, prioritetli qəbul mexanizmi isə məktəbə yerləşdirmədə ədalətliliyi təmin edir”, – E. Bağırov deyib.










