media-ibrahim
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin yeni müşaviri təyin edilib.
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat Xidmətindən  verilən xəbərə əsasən, bu vəzifəyə Sabunçu Rayonunun sabiq prokuroru İbrahim Ləmbəranski təyin edilib.
Qeyd edək ki, İbrahim Ləmbəranski 21 sentyabr 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Bakı şəhər 6 nömrəli orta məktəbi bitirib və həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1994-cü ildə oranı bitirib. Ailəlidir, üç övladı var.
İbrahim Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.
Ləmbəranski əvvəllər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, daha sonra Pirallahı rayon prokuroru vəzifəsində çalışıb. 2020-ci ildən Sabunçu rayonunun prokuroru olub və bu ilin iyun ayında vəzifəsindən azad edilərək sərəncama götürülüb.

media-728x90banner

Bənzər xəbərlər