İcra başçıs Abdin Fərəzliyev bu tikinityə hansı şərtlərlə icazə verib? -Video
Abşeron rayonunda qanunsuz tikinti işləri aparılır.
XALQ-a daxil olan məlumat görə Abşeron rayonu Xırdalan-Novxanı yolunda ərazi hasara alınaraq qanunsuz tikinti işləri aparılır.
İddialara görə hasara alınmış ərazidə yüksək vəzifəli məmur obyekt inşa etdirir.
Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.
Qeyd edək ki, məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, Sözügedən ərazidə vətəndaşa məxsus torpaq sahəsinin hasarı çəkilir. Hasardan əlavə hər hansı bir tikinti işləri həyata keçirilməyəcək. Ərazi nəzarətdədir və hər hansı bir qeyri-qanuni tikinti işləri həyata keçirildiyi zaman qanunvericiliyə uyğun formada qarşısı alınacaqdır.
Lakin göründüyü kimi ərazidə traktor və digər ağır yük avtomobili olduğundan ərazidə qazıntı və digər işlər görülməsi planlaşdırılır.
Araşdırmamız davam edir.
Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırırq.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, 2022-ci ildən Abşeron rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.










