media-azer

Abşeron rayonunda qanunsuz tikilən evlərə qaz xətt süni üsulla çəkilib.

XALQ-a daxil olan məlumata görə  Abşeron rayonu “Mexkolon” deyilən ərazidə qanunsuz tikilən fərdi evlərə süni üsulla qaz xətləri çəkilib. Evlərə çəkilən xətlər heç biri sayğaca quraşdırlımadan bir başa ərazidən keçən qaz xətlərinə quraşdırılaraq çəkilib.

media-mirv

Məsələ ila bağlı Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin rəhbəri Mirvari Qəhramanlı  XALQ-a bildirib ki,  Bu məsələdən “Azəriqaz”ın  xəbəri olmadan ana xəttdən süni usulla evlərə qaz çəkilişi mümkünsüzdür. Yerli idarənin hansısa  “razılığı” əsasında bu baş verib.  Bir müddətdə əvvəl mən açıqlamalarımda bildirmişəm ki, baş verən hadisələr (qaz partalyışı, qazdan yanğın, qazdan zəhərlənmə və s.) birbaşa “Azəriqaz”İB-i məsuliyyət daşıyır və bununla əlaqədar  qurumda heç bir ciddi yoxlama aparılıb məsuliyyətə cəlb olunan olmayıb. Bilirisiz gündəlik xəbərlərdə oxuyuruq ki,qazdan zəhərlənmə olub. Lakin bu günədək heç kəs bu zəhərlənmələrə görə məsuliyyətə cəlb olunmayıb. Bu “Azəriqaz” rəhbərliyinin qoruyucusu kimdir ki,  belə hadisələrə görə heç kəs məsuliyyətə cəlb olunmur. Hal-hazırda məsələ çox ciddi nəzarətə götürülməlidir. Suni üsulla çəkilən qaz xətləri təhlükədir, tək evlərdə yaşayan insanlara deyil ətrafada ciddi fəsadlar yaratmaq ehtimalı var. Həmçinin qaz sərfiyyatında hesabatda yayınmaq halları baş verdiyini görürük.   Bu məsələlər “Azəriqaz” tərəfindən dövlətə ziyan vurulması kimi görünür deyə Mirvari Qəhramanlı qeyd edib.

Qeyd edək ki, daha öncədə Abşeron rayonu Masazır ərazisində qanunsuz tikililərə qaz xətlərini çəkilməsi ilə bağlı məlumat vermişdik. Belə ki, maklerlər “işbazlarla” əlbir olub 4000-5000 manata qaz sayğacları quraşdıraraq vətəndaşları aldadırlar. Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları  yaşayış olmayan evlərin sakinləri ilə razılaşaraq sayğacları baha qiymətə almağa sövdələşirlər.  Bu sövdələşmə əsasında qanuni tikilidən  lakin  istifadə edilməyən  vətəndaşdan alınan sayğac qanunsuz tikilən evlərə quraşdırlır. Həmçinin iddia olunur ki, bəzi evlərdə quraşdırlmış sayğaclar  “8 km bazarından” alınır. Bu da heç bir standartlara  cavab vermir.

Bu pozuntu ilə ilə bağlı Azəriqaz İB-dən heç bir açıqlama almaq mümkün olmadı.

Aidiyyatı qurumlara sorğu göndərilib.

Qurumların mövqeyini dərc etməyə hazırırq.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, ötən il Azərbaycanda 977,1 milyon kubmetr həcmində təbii qaz itkisi qeydə alınıb.

Bu göstərici əvvəlki illə müqayisədə 2,7 dəfə artıb. Belə ki, 2023-cü ildə ölkədə cəmi 365,3 milyon kubmetr təbii qaz itkisi baş vermişdi. 2024-cü ildə ölkə üzrə ümumi qaz istehlakı 6 milyard 558,7 milyon kubmetr təşkil edib. Bu rəqəmlərə əsasən, ötən il itkiyə gedən qazın həcmi ümumi istehlakın 14,9 faizinə bərabər olub.
Müqayisə üçün, 2023-cü ildə bu nisbət 5,2 faiz idi.

media-728x90banner

Bənzər xəbərlər