Masazırda qanunsuz evlərə 4-5 min manata qaz sayğacları necə quraşdırılır? – Araşdırma
Abşeron rayonunda əsasən Masazır ərazisində qanunsuz evlər tikilərək maklerlər tərəfindən kreditlə satışı həyata keçirilir. Belə xəbərlər sosial platformada, xəbər saytlarında,televiziylarda yayımlansada aidiyyatı qurumlar susqunluq nümayiş etdirilər.
İddia olunur ki, maklerlər Abşeron rayon icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə anlaşaraq qanunsuz tikintilərini rahat şəkildə həyata keçirirlər.
XALQ xəbər verir ki, Masazırda qəbirstanlığın yanında göl qurudularaq həmin ərazidə qanunsuz tikinti işləri aparılması ilə bağlı Abşeron rayon icra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama olmayıb.
Bu qanunsuz evlər 1-2 ay ərzində tikilərək maklerlər tərəfindən kreditlə satışı həyata keçirilir.
Məsələnin ilginc tərəfi isə qanunsuz tikilən evlərə qaz sayğacları quraşdırılır. Belə ki, maklerlər “işbazlarla” əlbir olub 4000-5000 manata qaz sayğacları quraşdıraraq vətəndaşları aldadırlar. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları yaşayış olmayan evlərin sakinləri ilə razılaşaraq sayğacları baha qiymətə almağa sövdələşirlər. Bu sövdələşmə əsasında qanuni tikilidən lakin istifadə edilməyən vətəndaşdan alınan sayğac qanunsuz tikilən evlərə quraşdırlır. Həmçinin iddia olunur ki, bəzi evlərdə quraşdırlmış sayğaclar “8 km bazarından” alınır. Bu da heç bir standartlara cavab vermir.
Xatırladır ki, sənədi olmayan obiyekt və fərdi evlərə heç bir halda qaz sayğacı quraşdırmaq olmaz. Görünən odur ki, dövlət qanunları “Azəriqaz” İstehsalat Birliyinin bəzi əməkdaşları üçün keçərli deyil. Göstərilən ünvanlarda isə sayğacların quraşdırılması müəyyən pul müqabilində həyata keçirilir.
Qeyd edək ki, Ötən il Azərbaycanda 977,1 milyon kubmetr həcmində təbii qaz itkisi qeydə alınıb.
Məsələ ilə bağlı aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq.














