media-200

Abşeron rayonunda qanunsuz evlər tikilir kreditlər satılır.

media-200

 

İddia olunur ki, maklerlər Abşeron rayon icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə anlaşaraq qanunsuz tikintilərini rahat şəkildə həyata keçirirlər.

XALQ xəbər verir ki, Masazırda qəbirstanlığın yanında göl qurudularaq həmin ərazidə qanunsuz tikinti işləri aparılır.

Məlumata görə Abşeron rayonu Masazır  qəsəbəsində qanunsuz tikilən evlərlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini məlumat bazasında heç bir qeyd yoxdur.

media-202

Həmin tikinti işlərini Əli adlı şəxs icra edir.

Məsələ ilə bağlı Abşeron rayon icra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən heç bir açıqlama almaq mümkün  olmadı.

Qeyd edək ki, 2022-ci ildən  Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

Məlumat üçün bildirir ki,Abşeron rayonunda Masasır qəsəbəsində belə tikintilər ilk deyil.

Qurumların  və adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.

media-201

media-204media-203


media-728x90banner

Bənzər xəbərlər