Xırdalanda qanunsuz inşa işləri görüləcək… İcra başçısı razılıq verib?
Qanunsuz söküntü işləri ilə bağlı XALQ-a məlumatlar daxil olub.
Belə ki,Abşeron rayonu Mehdi Hüseynzadə küçəsində açıq-aydın qanunsuz obyekt tikintisinə hazırlıq getdiyi və ağacların məhv edildiyi görünür.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında bu tikinti ilə bağlı heç bir məlumat yoxdur. Qanunsuz tikinti hansı səlahiyyətli şəxsin icazəsi ilə həyata keçirilir? İddia olunur ki yerli icra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfində belə tikintilərə “razılıq” əsasında icazə verirlir
Qeyd edək ki, söküntü aparılan ərazidə heç bir təhlükəsiz tədbirləri görülməmiş ətrafda olan insanlara zərər görməməsi üçün önləyici qurğulara quraşdırlmamışdır. Görüntülərdən aydın olur ki, aidiyyatı orqanlarda bu qanunsuzluğa görməməzilkdən gəlir. Ümumiyyətlə Abşeron rayonunda qanunsuz obyektlərin və icazə olmadan fərdi evlərin tikintisi necə razılıq verildiyi məlum deyil.
İddialara görə, qanunsuz tikintiyə nəzarət edən səlahiyyətli şəxslər müəyyən “razılaşma” əsasında belə hallar baş verməkdədir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Abşeron rayon İcra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı .
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qurumalrın mövqeyini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik: