media-rafiq

Xətai rayonunda növbəti qanunsuz tikinti işləri aparılır

XALQ-a daxil olan məlumata görə Xətai rayonu Telnov küçəsində yol kənarında qanunsuz tikinti işləri aparılır.

Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Xətai rayonu icra hakimiyyətinin səlahiyyətli şəxslərinin “razılığı “əsasında aparıldığı iddia olunur. Məlumatlara görə Xətai rayonu ərazisində belə qanunsuz tikintilər ilk deyil. Bu hallarla bağlı sosial platformada mütəmadi məlumatlar dərc olunur.

media-944

Qanunsuz tikinti ilə bağlı Xətai rayonu icra hakimiyyətindən  heç bir açıqlama almaq mümkün olmadı.

Məsələ ilə bağlı qurumaların mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, 2019-cu ildən Xətai rayonu icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.

Həmin qanunsuz tikintinin görüntülərini təqdim edirik:

 


media-728x90banner

Bənzər xəbərlər