“İctimai nəqliyyatın inkişafı ilə bağlı daha əsaslı qərarlar qəbul etmək mümkün deyil” – Deputat
İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır, son 1 ildə avtobuslardan istifadə 40% azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, daşımalar haqqında tənzimləyici qurumda məlumatlar olmadığından ictimai nəqliyyatın inkişafı ilə bağlı daha əsaslı qərarlar qəbul etmək mümkün deyil.










